Ali məktəblərə sənəd qəbulu uzadıldı – DİM-dən yeni qərar

img

23-05-2017 [12:11]


Ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb.

Mia.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən bildirir ki, abituriyentlərin elektron ərizə qəbulu 24 may saat 11:00-a kimi davam edəcək.

DİM-dən bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulunun müddətinin uzadılmasına çoxsaylı müraciətlər səbəb olub.

Qeyd edək ki, əvvəldən elan edilən qeydiyyat prosesi 22 may saat 23:59-da başa çatmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR