Sürücülük vəsiqəsi necə və neçəyə başa gəlir? - Rüşvət iddiası + VİDEO

img

22-05-2017 [21:36]


Vətəndaş Nazlı Pəncəliyeva sürücülük vəsiqəsi almaq istəyir. Lakin onun sözlərinə görə, rəfiqələri bildirib ki, təcrübə imtahanında qəsdən çətinliklər yaradılır ki, vətəndaş imatahandan keçə bilməsin. 

Mia.az "Azadliqradiosu"na istinadən xəbər verir ki, buna görə də onlar necə deyərlər, lazımı adamlara "hörmət etmək" məcburiyyətində qalıblar. Yəni təcürbi imtahanı üçün müəyyən miqdarda pul ödəməyə məcbur olublar.

 Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polis İdaəsinin İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yol polisinin imtahan qeydiyyat şöbəsində rüşvət faktının olması mümkünsüzdür. 

Onun sözlərinə görə, həttə təcürübə imtahanının özü belə kompüterlə həyata keçirilir. "Burada kim-kimlə görüşür ki, pul da istəsin. Nəzəri və təcrübi imtahan da testlə həyata keçirilir. Təcrübi imtahanda sürücü cərimə bonusları toplayırsa o halda o imtahandan keçə bilmir".



Digər xəbərlər
SON XƏBƏRLƏR