"İslahatların həyata keçirilməsi prezidentin səlahiyyətinə aid məsələlərdir" - YAP-çı deputat

img

20-05-2017 [00:15]


"İslahatların həyata keçirilməsi, dövlət strukturunun təkmilləşdirilməsi kimi addımlar Azərbaycan prezidentinin səlahiyyətinə daxil olan məsələlərdir".

Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov son vaxtlar ölkədə siyasi islahatlar aparılacağı barədə fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident nə vaxt məsləhət biləcəksə, o zaman da ehtiyac duyulan addımlar atılacaq:

"Mətbuatın gündəmində qalmaqdan ötrü bir sıra nazirliklərin ləğvi anonsunu verirlər. Bunu heç kəs deyə bilməz. Bu səlahiyyətlərin hamısı Azərbaycanın dövlət başçısına aiddir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR