Flora Kərimova və bu məşhur müğənnilər Heydər Əliyev Sarayında konsert verəcək - Tarix

img

19-05-2017 [22:48]


Xalq artisti Flora Kərimova Heydər Əliyev Sarayında konsert verəcək.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 3-də mərhum bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək.
 
Konsertdə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Azər Zeynalov, Brilliant Dadaşova, İlham Namiq Kamal, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova, Anar Şuşalı, Almaz Ələsgərova, Zakir Babayev, İnarə Babayeva, müğənnilər Eldar Qasımov, Elton Hüseynəliyev, Rəşad İlyasov, Emiliya Yaqubova, Səbinə Ərəbli, Nadir Qafarzadə, Zabitə Əliyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, "Sevil” qrupu və başqalarının iştirakl edəcəyi gözlənilir.

Xatırladaq ki, E.Sabitoğlu "Bakı sabahın xeyir”, "Uzaq yaşıl ada”, "Bu gecə”, "Sən olmuşam”, "Fikriyyə”, "Ala gözlüm”, "Çiçək yağışı”, "Qəlbimdə qaldın”, "Ayrılma məndən” kimi yüzlərlə sevilən və unudulmaz mahnıların müəllifidir, onlarla filmə öz musiqiləri ilə ruh verib, neçə-neçə televiziya və teatr tamaşalarını öz ruhu ilə daha da sevdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR