"Xəyanətkarların üzə çıxmasından sonra..." - Politoloqdan şərh

img

19-05-2017 [16:01]


Politoloq Elxan Şahinoğlu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin "orduda mövcud olan xəyanətkar şəbəkə 1988-1990-cı illərdə kök atıb” açıqlamasına münasibət bildirib.

Mia.az xəbər verir ki, politoloqun fikrincə, bu, o deməkdir ki, Azərbaycanın müstəqilliyindən bu yana Dağlıq Qarabağ uğrunda savaşda məxfi hazırlanan planlardan silahlı birliklərimiz və sonrakı illərdə formalaşan ordumuz hələ hücuma keçmədən Rusiyanın və Ermənistanın xəbəri olub:

"Xəyanətkar şəbəkədə onlarla satqın olub. Onların uzaq 1990-cı illərin başlanğıcında Daşaltı əməliyyatından tutmuş Şuşa və Laçındakı uğursuzluqlarımızda və ən son fevralda kəşfiyyat qrupmuzun pusquya düşərək itkilərimizdə "xidmətləri” ola bilər. Yəni, sən hansısa əməliyyat planı hazırlayırsan, hələ əməliyyata başlamış xəritələrin sürəti düşmənlərimizin əlinə keçə bilərmiş. Xəyanətkarların üzə çıxmasından sonra bunun belə olmadığını kim iddia edə bilər? Bu hələ bildiklərimizdir. İstənilən yüksək rütbəli hərbçinin Rusiya ilə gizli əlaqələri onun avtomatik Ermənistana işləməsi mənasına gəlir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR