19-05-2017 [00:22]
Fransanın yeni prezidenti Emmanuel Makronun özünün təyin etdiyi 22 nəfəri hökumətə daxil etmək qərarı ölkədə kəskin tənqidlə qarşılanıb. Fransızlar Makronu bədxərclikdə qınayırlar, çünki 68 milyonluq Fransada cəmi 16 nazirlik var.
Təxminən 10 milyonluq Azərbaycanda isə 19 nazirlik, 9 dövlət komitəsi və saysız-hesabsız müxtəlif növ xidmətlər var. İnzibati sistem SSRİ vaxtından, demək olar ki, dəyişilmədən saxlanılıb.
"İdarəetmə aparatı həddən artıq şişirdilib, buna görə də sürətli və çevik reaksiya göstərmək iqtidarında deyil. Təkcə nazirlikləri və menecerlər ordusunu azaltmağın yox, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb”, - deyə Milli Məclisin deputatı Vahid Əhmədov virtualaz.org-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.
"Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur. Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq. Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur", - deputat vurğulayıb.
Vahid Əhmədov qeyd edib ki, Azərbaycanda doqquz iqtisadi zona var: "Bu zonaları inzibati ərazi vahidlərinə transformasiya etmək və regionlara iqtisadi, sosial inkişaf istiqamətlərində fəaliyyət azadlığı vermək lazımdır".
Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.
Qeyd edək ki, Əli Əhmədov onda demişdi: "Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir və optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR