Şriftin ölçüsü / 193 dəfə oxunub

Hacıqabulun iki kəndini sel suları basdı - Fəlakət + FOTOLAR

19 May 2017 [00:09]

Ötən gün yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə daxil Qubalı və Tava  kəndləri sel sularına məruz qalıb.

Təbii fəlakətdən əsasən daha çox Qubalı kəndi ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evlinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.

Yaşayış evlərinin həyətlərini su basıb.  Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.

Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.

Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.

APA







SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar
10:22 23.06.2017
İlham Əliyev Şirvanda