Azərbaycanın qadın voleybolçuları finalda Türkiyə yığması ilə oyundan qalib ayrıldı - İslamiada

img

18-05-2017 [21:43]


Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv finalda Türkiyə yığmasını yenib – 3:1. 

Bakı Kristal Zalında keçirilmiş həlledici görüşdə "ay-ulduzlular" yalnız ikinci seti qalib kimi başa vura biliblər. Qalan setlərdə üstün oyun sərgiləyən Azərbaycan millisi yekunda İslamiadanı qızıl medalla başa vurub. 

19:30. Azərbaycan – Türkiyə – 3:1 (25:12, 23:25, 25:20, 25:21)

Digər xəbərlər
SON XƏBƏRLƏR