Bu gün Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edənlərin sayı 3000-ə yaxın olub - Açıqlama

img

18-05-2017 [20:10]


Bu gün  ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd olunur. 

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Mətbuat Xidmətinin rəhbəri Nərgiz Qəhramanova Mia.az-a bildirib ki, bu il Beynəlxalq Muzeylər Günü "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunub:

"Bu mövzu insanlar arasında sülh əlaqələrinin inkişafında muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır.

Hər il olduğu kimi, bu il də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı” günü keçirilib. 

Bu gün muzeyi çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət edib. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfər təşkil edib. 

Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib".

 

Digər xəbərlər
SON XƏBƏRLƏR