Şriftin ölçüsü / 199 dəfə oxunub

Mətbuat Şurası KİVDF Müşahidə Şurasına bu namizədləri irəli sürdü – SİYAHI

18 May 2017 [18:27]
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

 Şuradan Mia.az-a verilən məlumata görə, iclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi müzakirə edilib. 

Qurumun sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının hazırkı tərkibi prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib: "Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir”.

MŞ sədri deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla, ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcək. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Azərbaycan prezidenti tərəfindən təsdiqlənəcək.

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə olmayıb, qurum paralel olaraq həm bu vəzifəni həyata keçirib, həm də beynəlxalq təcrübəni öyrənib.

 MŞ İdarə Heyətinin üzvləri – "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildiriblər ki, Müşahidə Şurasının tərkibinin formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır.

Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:

Jurnalist təşkilatlarından:

 Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;

Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;

Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;

Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,

Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;

Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;

Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;

Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;

Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.

Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;

Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş redaktoru;

Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;

Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;

Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;

Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;

Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;

Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;

Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.


SON XƏBƏRLƏR