Bu müəllimlər işdən çıxarılacaq - Diaqnostik qiymətləndirmədə YENİLİK
img

18-05-2017 [16:28]


2015-ci ildən başlayaraq, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilir. Ayrı-ayrılıqda bölgələr üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqları imtahan edilir.

2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanl bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.

Digər bir məqam müəllimlərin işə qəbulunun yalnız müsabiqə yolu ilə həyata keçirilməsidir ki, bununla da Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul hallarına qarşı mübarizə aparır.

Orta məktəb dərslikləri əsasında tərtib olunmuş diaqnostik qiymətləndirmə sualları o qədər də mürəkkəb quruluşa malik deyil. Orta məktəb səviyyəsindədir. Normal biliyə sahib olan müəllim qiymətləndirmədə qənaətbəxş nəticə əldə edir. 60 sualdan ibarət olan testlərin cəmi 10-na cavab vermək kifayət edir ki, diaqnostik qiymətləndirmədən keçə biləsən. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

2017-ci ildə də müəllimlərin bölgələr üzrə diaqnostik qiymətləndirilməsinə start verilib. Amma bu dəfə fərqli qaydaların olması gözlənilir.

Modern.az-a verilən məlumata görə, builki diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllim növbəti tədris ilindən məktəblərdə dərs demək şansını itirəcək.

2017-ci ilin diaqnostik qiymətləndirməsi belə deməyə əsas verir ki, bir çox müəllimlər illərlə çalışdığı məktəbdən ayrılmalı olacaq. Əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmə müəllimlərə əlavə şans verirdisə, bu ilki qiymətləndirmə bu şansı sıfıra endirəcək.

Hər halda, builki diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin bilik və bacarıqları hansı səviyyədə olması imtahanlar zamanı ortaya çıxacaq.


Digər xəbərlər

SON XƏBƏRLƏR