18-05-2017 [13:35]
Bir müddət əvvəl kommersiya bankları ipoteka kreditlərini dayandırsa da, hazırda bəzi banklarda kredit verilişi bərpa olunub.
"PAŞA Bank" ASC, "UniBank" KB ASC"Kapital Bank" ASC, "AtaBank” ASC, "Bank Respublika" ASC, "Bank of Baku" ASC , "Muğanbank" ASC, "Yapı Kredi Bank” QSC, "Xalq” Bank ASC, "Bank BTB" öz müştərilərinə ipoteka kreditləri təklif edən banklar sırasındadırlar. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən başlayır.
Maraqlı məqam budur ki, ipoteka kreditlərinin verilməsi bərpa olunsa da, vətəndaşların buna marağı olduqca aşağıdır.
İqtisadçı Vüqar Bayramov Modern.az-a bunun səbəblərini açıqlayıb. O deyib ki, ipoteka kreditlərinə marağın azalmasının ilkin səbəbi sosial ev layihəsilə bağlıdır:
"Birincisi, vətəndaşların bir qismi sosial ipotekadan deyil, sosial evdən faydalanmaq niyyətindədir. O baxımdan sosial evlərə müraciətlə bağlı qeydiyyatı gözləyirlər. Yəni əvvəllər ipoteka krediti ilə evə sahib olmaq istəyənlərin hazırda sosial ev almaq istəyi sosial ipotekaya müraciət sayının azalmasına gətirib çıxarıb.
İkinci səbəb mənzil bazarındakı qiymətlərdə olan durğunluqla bağlıdır. Xüsusilə də ipoteka götürüb ev almaq istəyən vətəndaşlar qiymətlərin daha da ucuzlaşacağını güman etdiklərindən gözləmə mövqeyindədirlər. Onlar bir növ qiymətlər düşdükdən sonra ipoteka kreditlərinə müraciət etmək niyyətindədirlər. 2014-cü ildən ucuzlaşma müşahidə edildiyini nəzərə alsaq, bazarda qiymətlərin daha da ucuzlaşacağı ilə bağlı proqnozlar ipoteka krediti alanların gözləmə mövqeyinə üstünlük verməsinə gətirib çıxarır.
Üçüncü səbəb kredit tarixçəsilə bağlıdır. Xüsusilə də ipoteka kreditlərinə müraciət etmək imkanı olan vətəndaşların bir qisminin xarici valyutada götürdükləri kreditləri qaytarmaqda çətinlikləri var. Bu baxımdan onların ipoteka kreditlərinə müraciət imkanları xeyli məhdudlaşır. Nəticədə bu da ipoteka kreditlərinə marağın azalmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, istehlak bazarında baş verən bahalaşma da ipoteka kreditlərinə marağın azalmasına təsir edən amildir:
"Sonuncu səbəb özəl sektorda iş yerlərinin azlaması ilə bağlıdır. Əvvəlki illərdə özəl sektorda çalışanlar ipoteka kreditlərindən faydalana bilirdilər. Neftin qiyməti düşdükdən sonra real sektorda da durğunluq hiss olunur ki, bu iş yerlərinə, eləcə də əmək haqlarına təsir göstərir. Eyni zamanda istehlak bazarında xərclər artıb. Hətta bəzi iş yerlərini itirməyən vətəndaşlarımızın xərci həddindən çoxdur. Onlar cari xərclərlə yanaşı, ipoteka kreditlərini ödəmək iqtidarında deyillər”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"