Şriftin ölçüsü / 304 dəfə oxunub

Polisdə hansı vəzifə sahiblərinin xidmət müddəti artırılacaq? - DİN-nin kollegiyası siyahını təsdiqlədi

18 May 2017 [00:49]
Daxili İşlər Nazirliyinin Kollegiyası "Daxili işlər orqanlarında xidmət müddəti 5 ilə qədər artırıla bilən kiçik rəis heyəti vəzifələrinin Siyahısı”nı təsdiq edib.
 
Siyahıya tibb, maliyyə, kadr, kargüzarlıq, maddi-texniki təminat, informasiya-kommunikasiya, əməliyyat və statistik informasiya, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi, dövlət yol polisi xidməti (Yol Patrul Xidməti inspektoru vəzifəsi istisna olmaqla), kriminalistik tədqiqatlar, komendant xidməti (polis nəfəri, manqa komandiri, inzibati binaların təhlükəsizliyinin təmini bölüyünün kiçik inspektoru vəzifələri istisna olmaqla) və mətbuat xidməti üzrə kiçik rəis heyəti vəzifələri daxil edilib.
 
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri (polis nəfəri, manqa komandiri vəzifələri istisna olmaqla) və növbətçi hissələr üzrə kiçik rəis heyəti vəzifələri də siyahıda əksini tapıb.

APA


SON XƏBƏRLƏR