Şriftin ölçüsü / 300 dəfə oxunub

Ərdoğanın cangüdənləri və türklər separatçı kürdlərlə erməniləri belə əzişdirdi - VİDEO

17 May 2017 [17:56]
Türkiyənin ABŞ-dakı səfirinin rezidensiyası önündə insident baş verib. 

İnsident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri və tərəfdarı olan türklərlə  rezidensiyanın önündə etiraz edən kürd və ermənilər arasında yaşanıb.

Şahidlərin dediyinə görə, etirazçılar səfirliyin önünə Kürd Demokratik Partiyasının bayraqları ilə gəliblər. Az sonra Ərdoğanın mühafizəçiləri ilə onlar arasında əlbəyaxa dava başlayıb. 8 nümayişçinin xəsarət aldığı bildirilir.

ABŞ polisi hadisə ilə bağlı iki nəfəri həbs edib. Onlardan biri polisə müqavimətdə təqsirli bilinir.

İnsident Ərdoğanla Donald Trampın görüşündən sonra baş verib. 

Qeyd edək ki, həmin görüşdə Türkiyə prezidenti ABŞ-la kürdlərin ittifaqını heç vaxt qəbul etəməyəcəklərini bildirmişdi.

Strateq.az



SON XƏBƏRLƏR