Ərdoğan - Tramp görüşü: Tərcümə xətası, Ankaranın qəzəbi, Trampın tərifi... - Dünya mediası nələr yazıb?

img

17-05-2017 [13:27]


Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Donald Trampın görüşü və birgə mətbuatt konfransı dünyanın öndə gələn media quruluşları, o cümlədən CNN, BBC, El Cezire kimi byenəlxalq səviyyəli kanallar tərəfindən canlı yayımlanıb. 

Mia.az xarici mediaya istinadən bildirir ki, iki liderin birgə brifinqində tərcümə xətası da diqqətdən qaçmayıb.

Belə ki, mətbuat konfransında Ərdoğanın "Cənab Trampı tarixi seçim bacarığıından ötrü təbrik edirəm" sözlərini ingilis dilinə tərcümə edən tərcüməçi xəta edib. O, bu təbriki "Əfsanəvi seçim bacarığı”, - deyə, tərcümə edib. Bu xəta ABŞ mediasının da gündəmi olub.

Bəs, dünya mediası iki liderin görüşündən başqa hansı detalları qabardıblar?

Mia.az dünya mediasında önə çıxan başlıqları da təqdim edir:

ABŞ-ın ABC News: Tramp və Ərdoğan ABŞ-ın kürdləri silahlandırma qərarına rəğmən, ipləri qoparmadı. İki lider hərbi və iqtisadi sahələrdə əməkdaşlığı yenidən qurma qərarı aldı;

Washington Post: Tramp kürdləri silahlandırmaya rəğmən, türk liderə tərif yağdırdı;

CNN: Tramp Ərdoğanı gərginliklərə rəğmən, xoş qarşıladı;

Voice of America: Tramp Ərdoğanı xoş qarşıladı;

ABŞ mediası kimi, Rusiya mediası da iki liderin görüşünü diqqətlə izləyib. Rus mediası əsasən, Trampın Türkiyə ilə NATO-dakı mütəffiqliyi və iki ölkənin Soyuq Savaş illərində sovetlərə qarşı eyni blokda yer olmaları haqda sözlərini qabardıblar.

DW (Almanya): Tramp Ankaranı qəzəbləndirən YPG-ni silahlandırma qərarından açıq bəhs etməkdən yayındı, ancaq  İŞİD və PKK ilə mübarizənin önəmini vurğuladı;

Le Figaro (Fransa): Tramp və Ərdoğan buzları əritməyə çalışdı;

Express (İngiltere): Tramp Prezident Ərdoğanı müttəfiqlik əlaqələri və terrora qarşı qətiyyətli mübarizəyə görə təriflədi;

Jerusalem Post (İsrail): Tramp və Ərdoğan görüşməsi iki ölkə arasında ABŞ-ın son Suriyada kürdləri silahlandırma qərarından sonra artan gərginliyi azaltdı. Tramp Türkiyə ilə münasibətlərin bu görüşdən sonra hər zamankından daha yaxşı olacağını söylədi;

Economic Times: Tramp və Ərdoğan dostluqlarını kürdlərin silahlandırılmasına rəğmən, gücləndirməyə vəd verdi;

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR