Şriftin ölçüsü / 407 dəfə oxunub

Trampla Ərdoğanın ilk 20 dəqiqəlik görüşü və iki liderin birgə mesajları - Tarixi görüşdən FOTO + VİDEO

16 May 2017 [20:37]

ABŞ-da səfərdə olan Türkiyə prezidenti Ərdoğanla Trampın bu dəqiqələrdə görüşü başlayıb.

Mia.az bildirir ki, Ərdoğanı çox isti qarşılayan Tramp deyib ki, "Ərdoğanla uzun və çətin görüşümuz olacaq, ancaq Türkiyə ilə münasibətlərimizi daha da gücləndirəcəyik". 

İki lider 20 dəqiqə çəkən ilk qarşılanma mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib.

Tramp brifinqdə Türkiyə əsgərlərinin vaxtı ilə Koreya ilə savaşda ABŞ-a dəstək olduqlarını hələ də unutmadıqlarını vurğulayaraq, ikitərəfli münasibətləri daha da dərinləşdirəcəklərinin mesajını verib.

ABŞ prezidenti Türkiyənin narahat olduğu PKK məsələsinə də toxunub. Bildirib ki, ABŞ PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə Türkiyənin yanındadır: "YPG məsələsində də Türkiyənin narahatlığını aradan qaldırmaq üçün çalışacağıq".

Ərdoğan isə çıxışında iki dəfə Trampı prezident seçkisindəki qələbəsi münasibətiylə təbrik edib. O, Yaxın Şərqdəki vəziyyətdən daha çox danışıb. Ərdoğan Suriyanın ərazi bütövlüyü, bölgədə təhlükəsizlik zolağı, İŞİD-lə birgə mübarizə mövzularında ABŞ-la birgə yeni səhifə açacaqlarına inandığını vurğulayıb.

Bundan sonra hər iki lider görüşü qapalı qapılar arxasında davam etdirmək üçün brifinqi tərk ediblər.

Xəbərə görə, Ərdoğanla ABŞ prezidenti arasında baş tutan qapalı görüşdə iki ölkə arasındakı münasibətlər, Yaxın Şərqin gələcəyi, YPG/PKK məsələsi və FETÖ lideri Gülənin geri verilməsinin detalları müzakirə olunacaq.

Mia.az



Mia.az



SON XƏBƏRLƏR