Şriftin ölçüsü / 223 dəfə oxunub

Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi - Səbəb

16 May 2017 [16:25]

"Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, "Anaxeber.az” internet portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulmaqla həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yəni dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib".

Bu sözlər Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bundan başqa, həmin məqalələrdə ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq yayılmasına da yol verilib:

"Bununla əlaqədar xəbər portalının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu xəbər portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına, habelə dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".



SON XƏBƏRLƏR