Şriftin ölçüsü / 913 dəfə oxunub

İcra başçısının müavini özünə məxsus gölün bəndini yardırıb, suyunu balıqlarla birlikdə çaya axıtdı - FOTOLAR

09 May 2017 [14:33]
Təxminən 10 gün əvvəl Ağdaşın icra başçısının müavini  Əsgərxan Həsənova məxsus olan balıq gölünün yerli camaat tərəfindən dağıdılmasından sonra, adı çəkilən məmur gözlənilməz addım atıb.

Mia.az bildirir ki, bu barədə Fuad Hüseynov "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, icra başçısının müavini Abad kəndində yerləşən balıq gölünün yerli camaat tərəfindən dağıdılması xəbərindən sonra digər gölü də şəxsən özü ləğv edib:

"Mətbuatda gedən yazılardan sonra təşvişə düşən Ə. Həsənov kəndə gələrək ikinci gölü özü ləğv etdirdi. O, bəndi açdırıb suyunu balıqlarla birlikdə Kür çayına axıdıb".

Məlumatda həmin kənddə Ə. Həsənova məxsus iki balıq gölü olduğu bildirilib. 

Qeyd edək ki, "Report" saytı təxminən 10 gün əvvəl həmin balıq göllərindən biriinin suyunun  kənd qəbirstanlığına dolduğu üçün sakinlər tərəfindən dağıdıldığı xəbərini yaymışdı.

Mia.az




SON XƏBƏRLƏR