"Bu, xəyanət edən məmurlara bir mesajdır" - Xəbərdarlıq

img

30-04-2017 [10:02]


"Bu gün Azərbaycan respublikasında prezident ortaya cəsarəti iradə qoyub. Son iki ildə o, iqtisadiyyatımızı gücləndirmək üçün bütün vasitələrdən istifadə edir."

Bunu moderator-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, onun verdiyi qərarlara daxildə olan bir qrup qüvvə dirəniş göstərir:

"Prezidentin son fərmanından sonra bəzi qurum və vəzifələrin adının dəyişməsi ona xəyanət edən məmurlara bir mesajdır. İlham Əliyev demək istəyir ki, onun xalq üçün imzaladığı fərmanları qulaq ardına vuran istənilən məmur vəzifəsindən azad oluna bilər. Amma daxildə olan bir qrup ona dirəniş göstərir. Prezident müəyyən strukturları birləşdirərək bəzi kadrların vəzifələrindən azad olunması üçün geniş zəmin hazırlayıb. Qoy həmin şəxslər bilsinlər ki, növbəti prezident seçkilərinə qədər onlar öz xəyanətlərindən əl çəkməsələr, İlham Əliyev onları öz komandasına daxil etməyəcək. Bu tendensiya get-gedə daha da çox yayılacaq. Ona görə də ölkənin sərvətlərini çapıb-talayan məmurlar yaxşı-yaxşı düşünməlidir. Artıq etdikləri bütün qanunsuzluqlar ifşa olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR