Cocuq Mərcanlıda 3 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA

img

29-04-2017 [22:22]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan yoxlama haqda günlük hesabat verib.

Mia.az ANAMA-ya istinadən bildirir ki, bu gün yoxlama zamanı 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat  (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR