29-04-2017 [12:39]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işində Xəzər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ələkbər Heydərov da zərərçəkmiş qismində tanınıb.
Ə.Heydərov istintaq zamanı verdiyi ifadəsində bildriib ki, 2011-ci ilin may ayında Gülağa İslam adlı şəxs ona MTN-in antiterror mərkəzinə dəvət olunduğunu deyib.
O, deyilən vaxt MTN-in əsas binasına yaxınlaşıb:
"Özümü təqdim etdim. Adını bilmədiyim bir şəxs məni qarşılayaraq Antiterror Mərkəzinə apardı. Adını bilmədiyim 2-3 nəfər MTN əməkdaşı isə icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdilər. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını dedim.
Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 1990-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Mənim də həmin sənədlərə adiyyatım olmadığını bildirdim, buna dair izahat yazdım. Söhbət zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq aradan çıxdıqdan sonra onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsin narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini söylədilər”.
Ə.Heydərovun sözlərinə görə, onu həmin zaman başqa bir otağa aparıblar:
"Otaqda polkovnik və ya polkovnik-leytenant rütbəli şəxsin oturdğunu, sonradan həmin şəxsin İlqar Əliyev olduğunu xatırlayıram. İlqar Əliyevin otağına daxil olandan sonra digər əməkdaşlar otaqdan çıxdılar. Əvvəlcə İlqar Əliyev bildirdi ki, MTN-nə sabiq nazir Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən buna etiraz etdim, bu məsələyə adiyyatım olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik”.
İcra başçısının müavini ifadəsində qeyd edib ki, İlqar Əliyev MTN-in antiterror mərkəzinin səlahiyyətləri, oraya girənin onların icazəsi olmadan çıxa bilmədiyini, onun başqa vasitə ilə həbs olunacağı ilə hədə-qorxu gəlib:
"Daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500 min manat verməyimi bildirdi. Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. Bu zaman İlqar Əliyev mənə hörmət etdiyini dedi. O, bir kağız parçasına 300 min manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi söylədi. Söhbət zamanı İlqarın həmçinin həmin pulun hamısının ona çatmadığını, pulun böyük hissəsinin əsasən nazir və idarə rəisinə çatdığını, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra, saat 3-də gətirməyimi dedi, bu barədə də heç kəsə məlumat verməməyimi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım".
Ə.Heydərov söyləyib ki, İ.Əliyevlə razılaşdığı məbləği toplayıb: "Qardaşım və oğlumun dostlarından borc almaqla 300 min manatı topladım, bir həftə sonra MTN-nə gəldim. Otaqda özüm ilə gətirdiyim 300 min manatı İlqar Əliyevin özünə verdim. Pulu verən zaman otaqda başqa şəxs olmayıb”.
Qeyd edək ki, E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
reportSOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxaırldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan neftinin qiyməti 87 dollara enib
ABŞ-da terror: bıçaqlı şəxs əvvəlcə maşını camaatın üstünə sürüb, daha sonra... - 4 nəfər ölüb, 5 yaralı var
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb - FOTO
Kolumbiya argentinalı diplomatları ölkədən qovdu - "Qatil, terrorçu prezident" sözünə görə
İranlı aktyor sosial media fenomeni olan nişanlısını döyüb - FOTOLAR
Kılıçdaroğlundan saxta afişalara sərt reaksiya: "Bəli, bir gün öləcəyəm, amma..." - FOTO
Departament BMT məruzəçisinin hesabatını rədd etdi: "İsrail Qəzzada soyqırım törətməyib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "Pullar danışır!”
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
Prezidentin köməkçiləri, şöbə və sektor müdirləri... - Onların qəbul günləri bəlli oldu (CƏDVƏL)
Bakıda liftin qapıları arasında qalan 45 yaşlı qadın ölüb
"Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və..." - Rəsmi Bakı NATO-nin sabiq rəhbərini qınadı
Nazir "həmkarlar"ın sədrinə yüksək vəzifə verdi
Banan Azərbaycanda niyə baha satılır?
İCRA BAŞÇISINA QARŞI SUİ-QƏSD CƏHDİ: Azərbaycana qarşı “Boris planı”, yoxsa... - TƏHLİL
Sabiq rektora 15 il cəza tələb olundu - Məhkəmə iclası
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qəzzada savaş: can itkisi 32 min 490-a yüksəlib
"Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırılıb
Bənazir Bhuttonun ata Buşa tarixi sözü və ya islam adı altında bəslənən gizli qruplar...- TƏHLİL
Rusiyada 15 yaşlı müsəlman gəncə "Şücaət" medalı verildi - Səbəb
Deputatlar Bakıda yeni parklanma qiymətlərinə etiraz etdi: "Bu, insanların ciblərinə uyğun deyil"
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"65 yaşlı icra başçısının özü də yola salınmalı deyilmi?" - Təhlil
Nazir Ətrabə Gülü yeni vəzifəyə təyin edib
Prezident daha bir fərman imzaladı