Yarışlar zamanı ölkədə terror təhlükəsi - Qurumlar təhlükəsizliyi necə təmin edəcək?

img

29-04-2017 [11:59]


"Ölkəmizdə keçiriləcək önəmli beynəlxalq idman yarışları zamanı təhlükəsizliyin təmin edilməsi üçün xüsusi orqanların ayrıca planı olur”.

Bu sözləri BakiPost.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu cür yarışlar zamanı öncə idmançılar arasında onların təhlükəsizliyinə cavabdeh olan şəxslər məsuliyyət daşıyır: "Ümumiyyətlə, yarışlar üçün bir neçə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Məsələn, İslam Oyunları zamanı ölkəmizə 57 ölkədən 6000-ə yaxın idmançı gələcək. Öncə onlara nəzarəti, əlbəttə ki, idmançılar arasında onların təhlükəsizliyini təmin edən şəxslər də məsuliyyət daşıyırlar.

Eyni zamanda hər bir ölkənin gələcək qrupunun təhlükəsizliyi elə həmin ölkənin üzərinə düşür. Həmçinin yarışların keçiriləcəyi ölkə ilə qonaq gələcək ölkələrin xüsusi xidmət, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq müqaviləsinin olub-olmamasına baxmayaraq qarşılıqlı şəkildə təhlükəsizlik təmin edilməlidir.

Ümumiyyətlə, ölkəmizə gələn bütün şəxslər haqda öncədən bütün məlumatlar əldə edilir. Daha sonra onların yoxlama prosesi həyata keçirilir. Ölkələrdən gələn hər bir idmançının yaşadığı və oyunlarının keçiriləcəyi yerlərdə də təhlükəsizlik tədbirləri təmin olunmalıdır”.


Yarışlar zamanı hər hansı terror ehtimalına dair xəbərdarlıq və ya təhdid olmasına gəlincə, Arzu Nağıyev qeyd edib ki, bu zaman idmançıların ölkəmizdə istifadə etdikləri marşrutlar üzrə də yoxlama prosesləri aparılmalıdır:"Hər bir rayon öz ərazisində yaşayan idmançıların və iştirakçıların təhlükəsizliyinə tam təminat verməlidir. Həmçinin idman qurğularının da ətrafında təhlükəsizlik zolağının yaradılması və içəridə təhlükəsizliyin həyata keçirilməsi lazımdır.

Azərbaycanın hüquq-mühafizə orqanlarının hər biri üzərinə düşən bütün prosedurların hamısına tam şəkildə əməl etməlidir”.

Ekspert deyib ki, Azərbaycanın müharibə şəraitində olduğunu yaddan çıxartmaq olmaz:"Çünki ermənilərin əsas dəst-xətti nəqliyyat ilə bağlıdır. Bu səbəbdən həm suda, həm quruda, həm də metroda bütün təhlükəsizlik tədbirləri aparılmalıdır.

İslam Oyunlarına müsəlman dövlətlərindən gələnlərin terror təşkilatları ilə əlaqəli olub-olmaması, onların bu məsələlərlə bağlılığını araşdırmaq birbaşa həm qrupun təhlükəsizliyini təmin edənlərin, həm də Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarının işidir. Ona görə də bu məsələləri tam şəkildə aydınlaşdırmaq üçün hava limanı daxil olmaqla, yarışların keçirildiyi yerə qədər nəzarət olmalıdır. Son aylar Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlar terrorun qarşısının alınması üçün həyata keçirilən proseslərdir. Amma bu cür beynəlxalq yarışlar zamanı isə xüsusi plan olur”.




Digər xəbərlər
SON XƏBƏRLƏR