Lalə Şövkət yenidən partiya sədrliyinə gəlir? - Əvəz Temirxandan "diplomatik" cavab

img

28-04-2017 [18:59]


"Bu il nəzərdə tutmuşuq ki, qurultayımızı keçirək. Ancaq Lalə Şövkət Hacıyevanın yenidən sədrliyə qayıtmasına ehtiyac yoxdur”.

Bunu öz açıqlamasında Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan deyib.

Partiya sədri bildirib ki, Lalə Şövkət ALP-nin lideridir: 

"Onsuz da partiyada Lalə xanımın siyasi təcrübəsi nəzərə alınır, hədəfləri əsas olaraq götürülür, əslində, hamımız onun Azərbaycanla bağlı hədəfləri üçün çalışırıq. Bu hədəflər həm də partiyanın proqramına salınıb. Odur ki, Lalə Şövkətin yenidən partiya sədrliyinə gəlməsinə ehtiyac yoxdur. Üstəlik, onun özü də buna ehtiyac duymur”.

Əvəz Temirxan müxbirimizin sualına baxmayaraq 1920-ci ilin 28 aprelində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi hadisəsinə münasibət bildirməyib: 

"Çinin dövlət rəhbərindən soruşurlar ki, Böyük Fransız İnqilabına nə qiyməti verə bilərsiniz? O da cavabında deyib ki, hələ bunun üzərindən çox az vaxt keçib. Biz 28 aprel tarixinin 100 illiyi ilə bağlı mütləq ortaya mövqe qoyacağıq. Amma sözsüz ki, Xalq Cümhuriyyətinin süqutu Azərbaycanı ən azı 50 il geri atdı”.(teleqraf.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR