Danışıqları qapalı olacaq - XİN rəhbərlərinin görüşü

img

27-04-2017 [17:36]


Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabahkı görüşün protokol hissəsi açıq olacaq: "Nazirlərin danışıqları təbii ki, medianın iştirakı olmadan keçiriləcək. Lakin bu o demək deyil ki, danışıqlar prosesində nəsə gizli saxlanılır. O ki qaldı nazirlərin daha sonra mətbuat konfransı keçirib-keçirməyəcəklərinə, bu barədə heç nə deyə bilmərəm. Yəqin nazirlər öz aralarında razılaşandan sonra müvafiq addım atılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR