Şriftin ölçüsü / 1952 dəfə oxunub

İcra başçısıları haralıdır və nə vaxtdan işləyirlər? - Maraqlı statistika + SİYAHI

27 Aprel 2017 [13:59]

İcra başçılarıyla bağlı araşdırma apardıq. Maraqlıdır ki, onlar arasında icra başçısı kimi təcrübəsi olanı da var, 34 yaşında icra başçısı təyin ediləni də. 

36 yaşı olanı da var, yaşı səksəni haqlayanı da. Yazıda həmçinin icra başçılarımızın mənsub olduğu bölgələr də qeyd edilib. 

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova1962-ci ilin 1 oktyabr tarixində Şuşa şəhərində anadan olub. 2015-ci ildən hazırki vəzifəsini icra edir. 

Raqub Məmmədov 1961-cı ilin avqust ayının 9-da Ağdamın Xıdılı kəndində anadan olub. Üç ildir doğulduğu rayona rəhbərlik edir.

İbrahimov Tofiq Hüseyn oğlu isə əslən Qəbələdəndir. 1954-cü il təvəllüdlü İbrahimov 2012-ci ildən Ağdaşın icra başçısıdır.  

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 58 yaşı var. 12 ildir bu rayona rəhbərlik edir.

Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olub. 2011-ci ildən Ağstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilib. 

Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. On ildir Ağsunun icra başçısıdır.

Qəzənfər Ağayev isə 2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. 2012-ci ildə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Balakənin icra başçısı İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 52 yaşlı icra başçısı altı ildir bu vəzifədədir.

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2011-ci ildən Bərdəyə rəhbərlik edir.

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 2011-ci ildən Bakının meridir.

Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 2012-ci ildən Beyləqanın icra başçısıdır.

1958-ci ildə Kələbəcərdə anadan olmuş Mahir Quliyev isə 2011-ci ildən Biləsuvara rəhbərlik edir.

Cəbrayılın 2016-cı ildə təyin olunmuş yeni icra başçısıKamal Həsənovun isə 60 yaşı var.

Cəlilabada rəhbərlik edən Əziz Əzizov da əslən Cəbrayıldandır. 1963-cü il təvəllüdlü icra başçısı 2006-cı ildən bu postdadır.

İcra başçıları arasında populyarlığıyla seçilən Əhəd Abıyevin 59 yaşı var. Əslən Masallı rayonundan olan Abıyev 2011-ci ildən hazırki vəzifəsini icra edir.

Əslən Lerikdən olan 63 yaşlı Novruz Novruzov on ildir Şabranın icra başçısıdır.

27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Mərdan Camalov 2005-ci ildən bu vəzifədədir.

1955-ci il doğumlu Alı Alıyev 6 ildir ki, doğulduğu rayonun rəhbəridir. O, 2011-ci ildən Füzuli rayonunun icra başçısıdır.

Gəncənin icra başçısı Elmar Vəliyev 1960-cı ildə Yevlaxda dünyaya gəlib. Vəliyev 2011-ci ildə Eldar Əzizovun yerinə bu posta təyin edilib.

Gədəbəyin icra başçısı Ramiz Yediyarov 1966-cı il tarixdə Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. O, 2012-ci ildə bu vəzifədə Kamran Rzazadəni əvəzləyib.

2009-cu ildən Goranboyun icra başçısı vəzifəsində çalışan Nizaməddin Quliyev 1954-cü ildə bu rayonun Tap Qaraqoyunlu kəndində anadan olub.

Göyçayın icra başçısı Mehdi Səlimzadə 2016-cı ildə bu vəzifədə Mübariz Ağayevi əvəzləyib. M.Səlimzadə 1955-ci il doğumludur.

Hacıqabulun icra başçısı Əhməd Muxtarov 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 2006-cı ildən hazırki vəzifəsindədir.

Göygölün 1957-ci il doğumlu icra başçısı Arif Seyidovəslən bu rayondandır. Onun icra başçısı kimi 11 illik təcrübəsi var.

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevyaşlılardan hesab edilir. O, 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 78 yaşlı Xanbabayev 2004-ci ildən bu vəzifədədir.

Xızı rayonunu icra başçısı Xəzər Aslanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Gənc icra başçılarından hesab edilən Aslanov 2012-ci ildən bu vəzifədədir.

Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. 2000-ci ildən bu postdadır.

Xocavəndin icra başçısı Hüseynov Eyvaz Mövsüm oğlu15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub.  Hüseynov ən təcrübəli icra başçılarından hesab edilir. O, 1992-ci ildən bu vəzifədədir.

1957-ci ildə Göygöldə anadan olmuş Vilyam Hacıyev2012-ci ildən İmişlinin icra başçısıdır.

İsmayıllının icra başçısı isə yaşlılardan hesab edilir. 67 yaşlı Mirdaməd Sadıqov 2013-cü ilin fevralından doğulduğu rayona rəhbərlik edir.

Kəlbəcərin də icra başçısı kəlbəcərlidir. 57 yaşlı Aqil Məmmədov da 2013-cü ildən hazırki vəzifəsindədir.

Kürdəmirin icra başçısı isə yevlaxlıdır. 52 yaşlı Ceyhun Cəfərovun bu rayonda icra başçısı kimi təcrübəsi üç ildir.

Qaxın icra başçısı Musa Şəkiliyevin 58 yaşı var. Əslən Qaxdan olan Şəkiliyev 2010-cu ildən icra başçısıdır.

Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Maraqlıdır ki, icra başçısı haqda heç bir mənbədə ətraflı məlumat verilmir.

Qəbələnin icra başçısı Səbuhi Abdullayev gənc rayon rəhbərlərindəndir. 30 aprel 1972-ci ildə anadan olmuş Abdullayev 5 ildir bu vəzifədədir.

65 yaşlı Adil Məmmədov Oğuzun Xaçmaz kəndindəndir. 2011-ci ildən Qobustanın icra başçısıdır.
 
Yardımlının icra başçısı Ayaz Əsgərov isə 1964-cü ildə Tovuzda anadan olub. O, 11 aydır bu rayona rəhbərlik edir.

Qubanın icra başçısı Yaşar Məmmədov 1956-cı ildə Bakıda dünyaya gəlib. 2015-ci ilin yanvarından hazırki vəzifəsini icra edir.

Qubadlının icra başçısı Malik İsaqov 1953-cü ildə rayonun Çərəli kəndində dünyaya gəlib. İsaqov da təcrübəli icra başçılarından hesab edilir. O, bu vəzifədə 2001-ci ildən çalışır.

Əslən Qusarın Çətkün kəndindən olan Şair Alxasov 10 ildir-49 yaşından bu vəzifədə çalışır.

Laçının icra başçısı Aqil Nəzərlini də "gənclərdən" hesab etmək olar. 41 yaşlı Nəzərli 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Lerikin icra başçısı Rövşən Bağırov 1966-cı ildə Bakıda anadan olub. Bağırov 41 yaşından-10 ildir Lerikə rəhbərlik edir.

Masallının icra başçısı, ixtisasca jurnalist olan Rafil Hüseynov 1953-cü ildə Bərdədə anadan olub. O, bu vəzifədə 2012-ci ildə Qəzənfər Ağayevi əvəzləyib.

Neftçalanın icra başçısı Vəliyev İsmayıl Məhərrəm oğlu31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. Vəliyev bu vəzifədə Taleh Qaraşovu 2011-ci ildə əvəzləyib.

Oğuz rayonuna rəhbərlik edən Eyvaz Qurbanovun 54 yaşı var. Qurbanov 2011-ci ilin aprelindən Oğuzun icra başçısıdır.

2008-ci ildən Saatlıya icra başçısı təyin edilmiş Siraqəddin Cabbarov 1959-cu ildə İmişli rayonunda anadan olub.

Sabirabadın 64 yaşlı icra başçısı Nazim İsmayılov isə 2011-ci ildən bu postda çalışır. O, əslən Göyçay rayonunun Kürdşaban kəndindəndir.

2016-cı ildə Tahir Kərimovu əvəzləyən Sevindik Hətəmov əslən Laçın rayonunun Güləbird kəndindəndir. Salyanın icra başçısının 54 yaşı var.

Samuxun icra başçısı Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 2012-ci ildə bu vəzifədə Vilyam Hacıyevi əvəzləyib.

Siyəzənin icra başçısı Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 36 yaşlı Hüseynov 34 yaşından-2015-ci ilin oktyabrından bu vəzifədədir. O, ölkənin ən gənc icra başçısı hesab edilir.

Şamaxıya rəhbərlik edən 56 yaşlı Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. O, 2013-cü ildən bu postdadır.

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun doğum tarixi barədə dəqiq məlumat əldə edə bilməsək də, 2014-cü ildən bu postda olduğu dəqiqdir.

Bayram Əsəd oğlu Səfərov 1950-ci ildə Şuşada anadan olub. O, 2009-cu ildən Şuşanın icra başçısıdır.

Tərtərin icra başçısı Müstəqim Məmmədovu da nisbətən gənc icra başçılarından saymaq olar. 1969-cu ildə Yevlaxda anadan olmuş Məmmədov 2014-cü ildən bu rayonun rəhbəridir.

Tovuzun icra başçısı Tofiq Zeynalovun 73 yaşı var. O, 2007-ci ildən bu vəzifədədir.

Zəngilanın icra başçısı Ramiz Həsənov əslən Cəbrayıl rayonundandır. 2011-ci ildən bu vəzifədə çalışır.

Zərdabın icra başçısı Lütfəli Babayev 1959-cu ildə bu rayonun Qaravəlli kəndində doğulub. 10 ildir doğulduğu rayona rəhbərlik edir.

Hazırladı: İntiqam VALEHOĞLU
Ölkə.Az



SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar
10:22 23.06.2017
İlham Əliyev Şirvanda