"Dövlət qurumları biznesə girişib, xərcləri camaatın üzərinə yükəyirlər" - Ekspertdən etiraz

img

26-04-2017 [13:23]


"Hərə bir publik hüquqi şəxs yaradır, sonra başlayır istədiyi xidmət haqqı tətbiq etməyə. Dövlət İmtahan Mərkəzi (DİM) dövlətin adından abituriyentləri soyur, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankları və sığorta şirkətlərini. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə dövlət standartlarını hazırlayıb pulla satır". 

Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, əslindən DİM-in vəziyyətini hardasa anlamaq olar. Çünki DİM-ə dövlət büdcəsindən bu quruma vəsait ayrılmalı idi ki, imtahanlar tamamilə pulsuz olsun:

"Amma Palatanın tətbiq etdiyi xidmət haqları çox yüksəkdir. Banklar həmin xərcləri yükləyəcək müştərinin üzərinə və bank xidmətlərini bahalaşdıracaq. Bu gün dünyada dövlət xidmətlərinə əhalinin çıxışı imkanları artırılır, onların pulsuz olması vacib şərt hesab edilir. Biz də isə dövlət qurumları biznesə girişiblər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR