“MuğanBank” uşaqla necə müqavilə bağlayıb? - Vəkil hüquqi addımlar atacaq

img

26-04-2017 [11:44]


"MuğanBank” ASC 2014-cü il tarixdə yetkinlik yaşına çatmayan Göygöl rayon sakini Xudiyev Tural Əhliyyət oğlu ilə valideyinlərinin razılığı olmadan zaminlik müqaviləsi bağlayıb.

Bu barədə Gununsesi.info-ya Tural Xudiyevin vəkili Əziz Qənbərov məlumat verib.

Vəkil bankın bu addımının qanunsuz olmasıyla yanaşı həm də bir ilk olduğunu deyib.

Vəkilin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə əsasən bu cür müqavilələr (maddə 30) yalnız valideyinlərin yazılı razılığı ilə bağlanıla bilərdi: "Ancaq həmin razılıq isə olmamışdı. Bu məsələ ilə bağlı hüquqi addımlar atacağıq”.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin ailə biznesinə daxil olan "Muganbank”ın adı MTN rəhbəri Eldar Mahmudov və dəstəsinin işində də çəkilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR