"Sınıq Körpü"də gömürk işçisi və qardaşı döyülüb? - Komitədən yayılan xəbərə reaksiya

img

25-04-2017 [22:57]


Bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində "Sınıq Körpü" gömrük postunun əməkdaşının xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, "Sınıq Körpü" gömrük postunda "dispetçer" vəzifəsi yoxdur və ümumiyyətlə bu postda Rəşad Musayev adlı gömrük əməkdaşı işləmir:

"Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir".

 Xatırladaq ki, "Report" saytı bu gün axşam saatlarında "Sınıq Körpü" gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə zəminində dava düşdüyünü yazıb.

Bildirib ki, bu zaman gömrük işçisi ilə bərabər, hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaşın müxtəlif bədən xəsarətləri ilə Qazax rayon Müalicə Diaqnostika Mərkəzinin travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR