MMP-də toplantı - Yeni tapşırıqlar verildi

img

25-04-2017 [11:40]


Bu gün MMP İdarə Heyətinin toplantısı keçirilib.

Toplantıda ölkədə ictimai-siyasi vəziyyət, partiyanın idarə heyəti tərəfindən qəbul edilmiş qərarların icra vəziyyəti, şəhər-rayon təşkilatlarında keçirilən konfransların yekunu müzakirə edilib.

Bundan əvvəl idarə heyətinin qərarı ilə yaradılmış ictimai-nəzarət şurasının yerlərdə apardiğı işlər müzakirə edilmiş-Partiya sədrinin ictimayətlə əlaqələr üzrə müavini Pənah Məmmədzadənin məlumatı dinlənilib. Məlumat zamanı bildirilib ki, yerlərdə olan məmur özbaşınalığı, rüşvətxorluğu barədə bütün məlumatları bu günə qədər oldugu kimi toplanılıb partiya mərkəzi qərargahina çatdırılması tapşırılıb.

İdarə heyəti Ölkə Prezidentinin son vaxtlar ictimai nəzarətin gücləndirilməsi ilə baglı verdiyi tövsiyyələri, rüşvətxorluga qarşı apardığı mübarizənin yerlərdə necə yerinə yetirilməsi, aqrar sahədə aparılan işlər barədə dəqiq məlumatların toplanılması, yerlərdə partiya fəlları ilə müzakirə edib yaranmış neqativ halların qarşısını almaq, ictimai qınağın təşkil edilməsi və bu barədə bütün kütləvi informasiya vasitələri ilə işlənməsi tapşırılıb.

Yerlərdən məmur özbaşınalığı,rüşvətxorluq və.s faktlarla baglı daxil olmuş ərizə və şikayətlərin toplanıb aidiyyatı orqanlara çatdırılması ilə bağlı komissiya yaradılıb. 

İdarə heyəti yerlərdə ideoloji işi gücləndirməkdən ötəri rayon təşkilatlarına xüsusi tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR