Ərdoğandan ermənilərə barış məktubu: “Bölgənin iki qədim xalqı olaraq..." - Tam Mətn

img

24-04-2017 [18:20]


Türkiyə prezidenti Ərdoğan 1915-ci il olayları və Türkiyədəki ermənilərin dini rəhbərinin seçilməsi ilə bağlı İstanbuldakı erməni dini lider Aram Ateşyana məktub ünvanlayıb.

Mia.az Türkiyə mediasına istinadən Azərbaycanı da yaxından maraqlandıracaq həmin məktubun tam mətnini oxucularına təqdim edir:

"Çox dəyərli erməni vətəndaşlarım, sizləri sevgiylə, sayğı ilə salamlayıram.

Birinci Dünya Müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə başsağlığı verirəm. 

Bölgənin iki qədim toplumu olaraq, türklər və ermənilər min ildir  çiyin-çiyinə yaşadıqları bu coğrafyada ortaq bir tarix və  mədəniyyəti paylaşıbdır.

Erməni toplumu istər Osmanlı dövründə, istərsə də cumhuriyyətimizin yüz ilə yaxınlaşan keçmişində çox qiymətli övladlar yetişdirərək, ölkəmizin inkişafına böyük dəstəklər veriblər. 

Dünən olduğu kimi, bu gün də ermənilər ölkəmizin bərabər və azad vətəndaşları olaraq, sosial, siyasi və ticarət həyatımızın hər sahəsində önəmli rollar almaqdadırlar.

Yüz illərlə sevinc və kədərdə ortaq olan iki xalqın keçmişin yaralarını sarması və insani bağlarını daha da quvvətləndirməsi hamımızın ortaq məqsədidir. Bu istiqamətdə 14 ildə bir çox addım atdıq, tarixi islahatlar həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaya yönəlik çalışmalarımızı önümüzdəki zamanda da artırmaqla, davam etdirəcəyik.

Bu məqsədlə xüsusi bəyan edirəm: Ölkəmizdəki erməni camaatının rahatlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün xüsusi önəm daşıyır. Tək bir erməni vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına, özünü 2-ci sinif hiss etməsinə səbrimiz yoxdur.

Türkiyə ermənilərinin özünün dini lideri seçimini qısa bir zamanda nəticələndirməsini arzu edir, fəaliyyətinizdə sizlərə uğurlar arzulayıram. Bu arzuyla 20-ci əsrin başlancığında həyatını itirən Osmanlı ermənilərinin xatirəsini bir daha yad edirəm.

Birinci Dünya Müharibəsinin sıxıntılı şərtlərındə hayatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR