İcra başçısının işdən çıxarılan müavini "yoxa çıxıb"

img

24-04-2017 [17:19]


"Tovuzun icra başçısının I müavini Mahir Həsənovun işdən çıxarılması ilə bağlı məlumatlar doğrudur”.

Bunu Tovuz rayon İcra Hakimiyyəti başçısının mavini Niftalı Qasımov deyib. Mahir Həsənovun işdən çıxarılmasını təsdiqləyən N.Qasımov keçmiş həmkarından xəbərsiz olduğunu bildirib.

"Onun işdən çıxma səbəbini dəqiq bilmirəm. Doğrudur, bu barədə qərar verilib, o, artıq vəzifədə deyil. Mahir müəllimlərlə əlaqə saxlamağa cəhd edirəm, lakin onun heç bir nömrəsinə zəng çatmır. Hazırda harada olduğunu bilmirik”, - deyə icra məmuru vurğulayıb.

Rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri də Mahir Həsənovun harada olmasından xəbərsizdirlər. Onun Tovuzda olmadığı bildirilir(azvision.az).

Qeyd edək ki, Tovuz rayon icra başçısının müavini müavini Mahir Həsənovun vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR