Şriftin ölçüsü / 469 dəfə oxunub

Prezidentin xəbərdarlığına Xətaidə niyə əməl olunmur? - Yaşıllıq ərazi hasara alınıb, məhv edilir (FOTOLAR)

24 Aprel 2017 [16:41]
Xətai rayonunda yaşayış binasının sakinləri ərazidə olan yaşıllıq ərazinin naməlum şəxslər tərəfindən dəmir hasara alınaraq, sakinlərin daha parka buraxılmaması ilə yanaşı, orada qanunsuz tikinti ararılacağından ciddi narahat olmağa başlayıblar.

Bu barədə Mia.az-a rayonun S.Vəzirov küçəsi 11 və 15-də yaşayan 8 binanın sakinləri məlumat veriblər.

Sakinlər Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova üz tutaraq, camaatın park deyə xitab elədiyi yaşıllığın qanunsuz hasardan xilas edilməsi ilə yanaşı, orada tikinti aparılmasının qarşısını alınmasını xahiş ediblər: 

"Hörmətli Prezident! 

Siz bu günlərdə Yasamalda 30-40 ağacı məhv etməsinə görə tikintini dayandırdınız. Bu sizin təbiətə, xalqın istirahət hüququna nə qədər böyük önəm verdiyinizi göstərir. lakin sizin humanist addımlarınızı nə yazıq ki, yerlərdəki məmurlar anlaya bilmirlər. Elə yaşadığımız Xətai rayonu, S.Vəzirov küçəsində də Yasamaldakı duruma bənzər vəziyyət yaranıb. Rayon rəhbərliyi illərdir ərazidə mövcud olan 8 binanın yüzlərlə sakinlərinin istirahət etdiyi, uşaqlarımızın oynadığı 15 sotluq kiçik, ancaq yaşıllıqla zəngin parkı kiməsə satıblar. Alan şəxslər də bu günlərdə həmin parkı dəmir "reşotka"ya alaraq, artıq girişi məhdudlaşdırıblar. 

Möhtərəm Prezident!

Diqqətinz çatdıraq ki, təxminən 5-6 ay əvvəl də həmin parkda tikinti aparmaq istədilər. Lakin sakinlər bir nəfər kimi ayağa qalxıb, etiraz elədi. Bundan sonra rayon İcra Hakimiyyəti tikintini dayandırdı. Lakin bu günlərdə həyətimizdə yenidən tikintiyə başlayıblar. Artıq park qeyd etdiyimiz kimi, dəmir hasara alınıb. Bununla da parkdakı ağacları məhv edib, tikintiyə başlayacaqları istiqamətində böyük bir addım atmış olublar. 

Bizə maraqlıdır, rayon İcra Hakimiyyəti bunu hansı məntiqlə edir? Niyə insanların "nəfəs"liyini kəsirlər? Axı, hər şeyə, xüsusən təbiətin qəsdinə durmaqla pul qazanmaq, belə qanunsuzluğa yol vermək hansı qanuna sığa bilər?!.

Cənab prezident, xahiş edirik, pul qazanmaq üçün mövcud qanunvericiliyi və tikinti normativ qaydalarını kobud şəkildə pozan və bununla da bizim ali hüquqlarımızı əlimizdən almalarına imkan verməyin. Xahiş edirik, bu ərazidəqanunsuz tikintini aparılmaması üçün şikayətimzii nəzarətinziə götürün. İnanırıq, əgər siz və hörmətli Mehriban xanım Əliyeva müdaxilə etməsəniz, yaxın günlərdə yerli məmurlar bu parkı da yerlə yeksan edəcəklər...".

Məsələ ilə bağlı Xətai İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.



Mia.az


SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar
10:22 23.06.2017
İlham Əliyev Şirvanda