24-04-2017 [14:59]
"Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”.
Bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur.
"Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir”.
V.Əhmədov qeyd edib ki, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır. "Dövlət büdcəsinin təxminən 60 faizindən çoxunu Vergilər Nazirliyi ödəyir. Bu ildən asılı olaraq, 70, 80 faiz də olur. Ona görə də vergi sistemi ilə əlaqədar sizin o yazdığınız keçə bilməz. 4.2.1 və 4.2.2-ci maddələrdə qeyd olunub ki, növbəlilik. Vergi orqanlarına elə olur ki, gündə 2-3 min sənəd verilir. Banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər.
Amma sən növbəliliyə qoyandan sonra onu bankda tuta biləcəksən? Çoxlu vergi borcları yaranacaq burda. Mən təklif edirəm ki, bu maddələr buradan çıxarılsın. Əgər bu maddələr çıxarılmasa, sabah siz bizim üçün dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlər yaradacaqsınız”.
Vahid Əhmədov komitə sədri Ziyad Səmədzadəyə müraciətlə deyib:
"Ziyad müəllim, əgər biz sizin bu iki maddə ilə qanunu qəbul etsək, sabah bizim dövlət büdcəsində çox böyük bir problem yaranacaq. Bu məsələ həllini tapmalıdır. Yoxsa bu qanun səsə qoyulsa mən səs vermyəcəyəm. Gedin Vergilər Nazirliyi ilə bunu həll edin. Bu milyonlarla yox, milyardlarla problem yaradacaq".
modern.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb