Şimali Koreya ABŞ-ı təhdid etdi: "Trampın göndərdiyi nüvə güclü həmin gəmini tək bir zərbəylə batırarıq"

img

24-04-2017 [14:54]


Şimali Koreya Trampın əmriylə bölgəyə göndərilən ABŞ ordusunun bombardam təyyarə daşıyan savaş gəmisini vuracağını bəyan edib.

Mia.az xarici mediaya istinadən bildirir ki, iqtidardakı İşçi Partiyasının rəsmi mətbu orqanı olan "Rodonq Sinmum"da yer alan təhlil yazısında bölgəyə yetişmək üzrə olan ABŞ-ın son model savaş gəmisi batırılmaqla təhdid olunub: 

"Koreya ordusu tək bir zərbəylə ABŞ-ın nüvə gücü ilə işləyən həmin gəmisini batırmaq gücündədir, buna qadirdir".

Yazıda gəminin vurulmasının Şimali Koreyanın hərbi gücünün isbatı üçün əla bir sınaq, eyni zamanda, təcrübə olacağı da vurğulanıb.  

Xatırladaq ki, Donald Trumpın əmriylə ABŞ-ın "USS Carl Vinson" savaş gəmisi Şimali Koreyanın nüvə təhdidlərinə cavab olaraq bölgəyə göndərilib. Həmin gəminin bu həftə içində Koreya yarımadasına yetişəcəyi gözlənilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR