"Kartof, soğan, çuğundur əkirəm" - "Aqrolizinq”in sabiq sədrindən açıqlama

img

24-04-2017 [14:08]


"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov yenidən Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunması barədə gəzən söz-söhbətlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən keçmiş sədr deyilənlərin yanlış olduğunu bildirib:

"Barəmdə deyilən məlumatlar yalandır. Bu dəqiqə Beyləqanda baxçamdayam. Ağacları dərmanlayırlar, özüm də nəzarət edirəm. Hazırda bostan məhsulları əkirik, meyvə yetişdiririk. Çox yazıb, pozub ona-buna ağıl qoymuşuq ki, bunu belə əkin. İndi də dediklərimi özüm edirəm və təcrübədən keçirirəm".

Vəzifəsindən çıxdıqdan sonra hər hansısa bir dövlət qurumundan təklif almısınızmı? sualına keçmiş sədr belə cavab verib:

"Heç həvəsim də yoxdur. 30 il xidmət etmişəm. İndi şəxsi təsərrüfatımla məşğulam və həvəslə çalışıram. Kartof, soğan, çuğundur əkirəm və zəhmətlimlə pul qazanıram. Nə əsəbləşirəm, nə də kiminsə sözünü götürürəm. Qəşəng təmiz havada oturub işimlə məşğulam”.



Digər xəbərlər
SON XƏBƏRLƏR