Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək - Qəbul

img

24-04-2017 [12:43]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 aprel 2017-ci il tarixində Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
 
Mia.az FHN-ə istinadən bildirir ki, qəbulda yalnız Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında 27 aprel 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR