Şriftin ölçüsü / 988 dəfə oxunub

Samirə Mustafayeva tapıldı - Vəzifəli şəxslə sevgilidir

24 Aprel 2017 [10:33]
Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib.

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.

Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib.

Saytın yazdığına görə, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.

Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi.

S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.



SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar
10:22 23.06.2017
İlham Əliyev Şirvanda