Azərbaycanda biznesmen itlərini evləndirdi - Sensasion faktlar + Məclisdən Video

img

24-04-2017 [10:13]


Azərbaycanda şok hadisə baş verib. Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə toy edib.

Mia.az Avtosfer.az-a istinadən xəbər verir ki, toy məclisi bu günlərdə Goranboy rayonunda həmin iş adamına məxsus "Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, "Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb.

Q. Mustafayev əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib.

Məclisdə iştirak edən digər qonaqlar da itlərin şəninə sağlıq deyib onlara xoşbəxtlik arzulayıblar.

Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətizdirir.

Qalib Mustafayev həmçinin, "Evalar”, ”Regular”, "Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı "Qalib Group” MMC-nin tərkibindədir. Onun "Bentley” və "Jeep Wrangler” markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı "Porshce”, "Mercedes” və "Jeep” markalı maşınları var.

Maraqlıdır ki, Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllimə işlədiyini və indi aldığı pensiyanın az olduğunu deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR