Şimali Koreya bu ölkəni də nüvə silahı ilə təhdid etdi: "Payınızı alacaqsız!"

img

23-04-2017 [14:51]


Şimali Koreya ABŞ-ın mümkün hücumuna dəstək verən yaxın qonşusu Avstraliyanı nüvə silahı ilə hədələyib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Şimalı Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi açıqlama verib.

Adı çəkilməyən XİN rəsmisi Avstraliyanı ABŞ-ın arxasınca kor-koranə getməkdə ittiham edərək, rəsmən təhdid edib:

"Əgər bu ölkənin xarici işlər nazirisiznsə, o zaman danışığınıza fikir verməlisiniz. Əgər Avstraliya ABŞ-ın arxasına düşüb, Şimali Koreyaya qarşı addım atarsa, o zaman bu ölkə də Şimali Koreyanın nüvə silahından payını alacaq".

Xəbərdə o da bildirirlir ki, Avstraliya Xarici İşlər naziri Culiya Bişopun bu günlərdə Şimali Koreyanın nüvə proqramını kəskin pisləyən bəyanat verib. O bildirib ki, Şimali Koreyanın nüvə təhdidləri regionunun təhlükəsizliyini pozur: "Şimali Koreya pullarını kütləvi qırğın silahlarına xərcləyənə qədər, aclıqdan əziyyət çəkən xalqının vəziyyətini yaxşılaşdırsın. Bu ölkənin nüvə proqramı təhülkəziliyimizə təhdiddir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR