Ziya Məmmədovun tör-töküntüləri öz çirkin işlərindən əl çəkmir - İttiham

img

22-04-2017 [22:45]


"Heydər Əsədov komandası ilə birgə anti İlham Əliyev koalisiyasındakı işini davam etdirərək ölkəmizə zərbə vurmağa davam edir."

Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda qiymətlər süni şəkildə bahalaşdırılır: "Kənd Təsərüfatı Naziri Heydər Əsədov meyvə və tərəvəzin qiymətini süni formada olaraq bahalaşdırır. Azərbaycanda kartofun qiyməti 2 AZN -ə qalxıb bu çox pis haldır. Ziya Məmmədov işindən azad olunduqdan sonra Heydər Əsədov bacardığı hər şeyi edir ki, prezidenti nüfuzdan salsın. O, bütün bunları Ziya Məmmədovun tapşırığı ilə edir. Xəyanətin qaşı-gözü olmur ki, bildiyim qədəri ilə Ziya Məmmədova qarşı cinayət açılması müzakirə olunur. Z. Məmmədov və prezidentə qarşı olanlar bütün güclərini işə salıblar. Prezident seçkilərində İlham Əliyevə qarşı birləşmək istəyirlər. Amma onlar bilməlidir ki, Azərbaycanın növbəti prezidenti ya mən olacam ya da növbəti dəfə qardaşım İlham Əliyev seçiləcək. Heydər Əsədov axrıncı oyunlarını oynayır. Qocalar evi də ölkənin xilası üçün heç bir iş görmür. Hamı prezidentin ətrafında olmalıdır. 

2015-12-03-15-41-23hafiz-555.jpg (600×392)
Rayonlarda prezidentə qarşı kampaniyalar aparılır. Bunun başında duran adamları mən artıq müəyyən etmişəm. Gələn həftə prezidentin köməkçisi ilə görüşüb bu barədə məlumat verəcəm. Ziya Məmmədovun tör-töküntüləri öz çirkin işlərindən əl çəkmir. Bu şəxslər düşünməsin ki, onların İlham Əliyevə edəcəkləri cavabsız qalacaq. Anar Məmmədov bu günlərdə Almaniyada keçmiş səfirlərlə görüşlər keçirib. Konqresmenlərlə keçirilən görüşdən sonra Prezident Aparatının müdirlərindən biri Novruz Məmmədova qarşı şər atıldı. Bu işi təkcə Əsədovlar, Məmmədovlar deyil digər məmurlar da edir. Belə davam edəcəyi halda yaxın zamanlarda mən digər məmurların adlarını da çəkməli olacam."


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR