İcra başçısı ağac əkdi - Nəsimidə iməclik

img

22-04-2017 [13:45]


Son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılır. 

Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş "Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməclik təşkil edilmişdir.

22 aprel 2017-ci il tarixdə rayonun 4-cü mikrorayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin həyətində "Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir.

Məlum olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Məktəb bağları” layihəsi ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verəcəkdir. Layihə çərçivəsində aprel ayı ərzində ağac əkmə aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
İməclik zamanı 4-cü mikrorayon Ə.İskəndərov küçəsində yerləşən br sıra yaşayış binalarının həyətlərində, binaların qarşısındakı məhəllələr arasındakı ayrı-ayrı şəxslər tərəfindən zəbt
olunmuş ümumi istifadə üçün olan torpaq sahələri, yollar və keçidlər, kortəbii çəpərlənmiş sahələr, yöndəmsiz dəmir konstruksiyadan quraşdırılmış qanunsuz tikililər sökülmüş, ağaclar budanmış, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılmış, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
Abadlıq, qururuculuq və yaşıllaşdırma işləri 2-ci mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 2, 9, 29, 32 və 4-cü mikrorayon ərazisindəki Mir Cəlal küçəsi 54, 56 ünvanlarda davam etdirilmişdir. Keçirilən iməclik zamanı ərazidən 100 maşından artıq məişət tullantısı daşınmışdır.
Məhəllələrdə aparılan abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanmış, görülən işləri yüksək qiymətləndirərək davamlı olmasını xahiş etmişlər.

Hazırda Nəsimi rayonunda yaşayış massivlərinin abadlaşdırılması, həyət və məhəllələrin ümumi istifadə üçün yararlı vəziyyətə salınması istiqamətində ardıcıl
tədbirlər görülür. İməcliklər keçirilir, qanunsuz konstruksiyalar yığışdırılır, zəbt olunmuş sahələrdən zibillər daşınır, anti sanitar vəziyyət aradan qaldırılır.
22 aprel 2017-ci il tarixdə keçirilən iməclikdə 1000 dən artıq ağac əkilmiş, əvvəl əkilmiş 3000 ədəd ağaça qulluq göstərilmişdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub