“Koroğlu” metrostansiyası pulsuz işləyəcək - İslam Oyunlarının açılış və bağlanış günü

img

22-04-2017 [12:39]


"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra "Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar.

Mia.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib.

O deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar yaradılmış koridor vasitəsilə stansiyaya yönələcəklər. Bu mərasimi izləməyə gələn tamaşaçılar üçün tətbiq edilən xüsusi proqramdır: "İnsanların rahatlığı üçün tətbiq edilən bu proqram həm də təhlükəsizlik baxımından əlverişlidir. Tamaşaçıların təhlükəsizliyi üçün koridora kənardan heç bir şəxs buraxılmayacaq. Stadiona daxil olarkən insanlar yoxlanıldığı üçün stansiyaya daxil olduqda təkrar yoxlamağa ehtiyac yaranmayacaq”, - deyə N.Paşayev vurğulayıb.

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22 aralığında keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR