22-04-2017 [09:21]
Oriental rəqqasə Aytən Əliyevaya ad günü münasibəti ilə bağışlanan hədiyyələrin arasında 3 otalıq mənzilin açarları da olub.
Mia.az xəbər verir ki, rəqqasə hədiyyənin ona kim tərəfindən bağışlanıldığını aznews.az-a
açıqlayıb:
-Dünən mənim ad günüm idi. Hədiyyələrin sayı-hesabı yox idi. Sevgilim mənə şəhərin mərkəzində 3 otaqlı mənzil hədiyyə edib. Amma evin qiyməti sirrdir. Çünki belə şeylərin yazılmasını istəmirəm, ayıbdır. Açığını deyim ki, mənzilin qiymətini heç özüm də bilmirəm. Düzü bu hədiyyədən xəbərim olmayıb. Sevgilim bunu əvvəlcədən təşkil edib. O, rəfiqələrimlə danışıb, guya məni həmin binada kiminsə evinə qonaq aparacaqdı. Qapını açanda boş ev gördüm. Sonra hiss etdim ki, bu ad günüm ilə bağlı sevgilimin mənə hədiyyəsidir. Çox sevindim.
-Sevgilim-sevgilim deyirsiz, bəs toy nə vaxtdır?
-Toy olmayacaq.
-Səbəbi nədir?
-Biz artıq sevgilimlə 7 ildir ki, bərabər həyat yaşayırıq. Bu müddət ərzində bir dəfə də olsun toy haqqında düşünməmişik.
-Sevgiliniz evlidir?
-Yox, subaydır. Heç vaxt evli olmayıb. Mənim ailəli insanlarla işim olmaz. Heç vaxt ailəli insanı sevmərəm, onu sevgili kimi qəbul etmərəm. Onun ailəsi olsa, mən onu heç vaxt qəbul etmərəm. Ailəsi olmadığı üçün 7 ildir ki, yanımdadır. Nə vaxt evlənmək istəsə, ikinci gözlə mənə baxmaq fikirinə düşsə, onu qəbul etməyəcəm. Həmin anda ayrılacam. Heç vecimə də olmayacaq. Biz bir-birimizi çox istəyirik. Təəssüf ki, mənim hər gün onun yanında olmağa vaxtım yoxdur. İşlərim çox olur, vaxt isə az. Amma yenə də urəyimiz bir-birimizin yanındadır.
-Sevgiliniz iş adamıdır?
-Hə. Normal qazancı var, sən deyən də tanınmış şəxs deyil. Hər yerə gedirik. Amma mən onunla olduğum anlarda foto çəkdirib paylaşmıram. Belə şeyləri sevmirəm.
-Deyirlər ki, sənətdən ayrılmısınız. Bu şaiyədir, yoxsa...
-Bu mənim düşmənlərimin işidir. Hansı ki, onların gözü məni götürmür, paxıllığımı çəkirlər. Mən 15 ildir ki, bu sənətdəyəm. Allaha şükürlər olsun ki, həmin müddətdə yaxşı pul qazandım. Və həmin pulu ağılla işlətməyə qərar verdim. Öz gücümə ev, maşın almışam. Başqaları kimi gedib 150-200 min manata maşın sürməmişəm. Qazancımı zinət əşyalarına və bir də evimə xərcləmişəm. Pulu ağılla xərcləmək lazımdır. Bu gün mən sənətdəyəm, heç bir yerə ayrılmamışam.
-Sənət fəaliyyətiniz əsasən haralarda olur?
-Ancaq özəl yerlərə gedirəm. Hara gəldi getmək mənə yaraşmaz. Bu gün 50-100 manatlıq yerdə oynamaq, şabaşa, masalara yaxınlaşıb pul yığmaq mənə yaraşmaz. Türkiyənin və eləcə də dünyanın ən tanınmış rəqqasəsi Asena məni ad günümlə bağlı təbrik edib. Bilirsiniz, bu nə deməkdir? Hansı ki, Asena oriental rəqs sənətinə ən çox yenilik gətirən sənətçidir. Sənətlə bağlı ondan çox örnək götürürəm. Bu zirvəyə çatdığım üçün də ona borcluyam. Çox mehribanam. Hamıya təmiz ürəklə baxıram. Amma baxıram ki, bəzən dabanımı tapdalayan adamlar da var. Üzümə heç nə deyə bilmirlər, gücləri elə arxadan danışmağa çatır. Düşünürəm ki, onlar üzümə söz deməyə qorxurlar, cəsarətləri çatmır. Mənim cücərdib ortaya çıxardığım rəqqasələr qeybətimi edirlər. Onlar anlamır ki, danışdıqları sözlərin hamısını mənə çatdırırlar. Bilmirlər ki, Aytən çoxbilmişdir. Durub uşaq kimi kiməsə deməyəcəm ki, niyə haqqımda danışmısan. Bunu özümə sığışdırmaram. Danışsınlar, onsuz da onlar hara getsə də belə dolanıb-dolanıb mənim yanıma gələcək. Ona görə mənim heç kəslə prinsipim yoxdur. Rəqsimi də davam etdirirəm. Ən gözəl, özəl məclislərə gedirəm, tanınmış şəxslərin əhatəsində oluram. Amma mən o gecələrin heç birini sosial şəbəkədə paylaşa bilmirəm. Hətta telefonla şəkil çəkməyə də icazə vermirlər. Düzü, mən də onların istəklərinə etiraz etməmişəm, həmişə razı olmuşam. Bu da qəbul olunandır. Çünki məni gecəsinə dəvət edən şəxs ailəsinin şəklinin sosial şəbəkədə paylaşılmasını istəmir. Aytən daha uşaq-muşaq məclislərinə getmir. Onlar elə düşünür ki, mən hara gedirəmsə, ordan mütləq şəkil çəkdirib paylaşmalıdır. Altdan-altdan pulumu qazanıram. Belə ucuz reklama nə gərək var? Bunlar lazım deyil. Biz, əvvəlki rəqqasələr çox yaxşı pul qazandıq. İndiki cücələr düşüblər ortaya, amma nə sənət var, nə də pul.
-Sirr deyilsə, bir gecə üçün sənətinin qiyməti neçəyədir?
-Mən pul danışıram, səhnəyə çıxıram. Bir gecəyə 800 manat. Bu mənim qiymətimdir. Geyimlərim də bahadır. Düzü, bir az geyimlərimi dayandırmışam. Paltarlarım çoxdur, hətta onların bəzilərini satışa çıxartdım.
-Bundan sonra neçə il səhnədə olacaqsınız?
-10 il. Bir də ki, sənətimi niyə atıram? Çəkim, gözəlliyim yerində.
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Yeni təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur