"Təyyarədən az öncə düşmüşəm" - Musa Pənahov təyinatdan xəbərsizdir

img

21-04-2017 [20:15]


Bu yaxınlarda Prezidentin sərəncamı ilə ləğv olunan Nəqliyyat nazirinin sabiq müavini Musa Pənahov Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

M.Pənahov "Ölkə.Az”-a açıqlamasında sözügedən məlumatlardan xəbərsiz olduğunu deyib:

"Təyyarədən az öncə düşmüşəm, ölkədə yox idim. Ona görə də heçnədən xəbərim yoxdur. Ancaq vəzifəyə təyin olunmağımla bağlı heç bir rəsmi məlumat yoxdur. Bunun üçün ölkə başçısının Sərəncamı olmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR