Şriftin ölçüsü / 586 dəfə oxunub

Universitetdə kütləvi dava - Tələbə bıçaqlandı

21 Aprel 2017 [20:14]

Gəncə şəhərində tələbə bıçaqlanıb.

Mia.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.


Tələbənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.




SON XƏBƏRLƏR