Tağı Əhmədovun ailəsində toy - Pul yığmayacaq

img

21-04-2017 [20:05]


Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.

Mia.az Yeniçağ.az-a istinadən xəbər verir ki, T. Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.

Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də "Neolit” restoranında baş tutacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR