Arur Rasi-zadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçildi - İclas

img

21-04-2017 [17:49]


Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
 
Fonddan Mia.az-a verilən məlumata görə, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir Arur Rasi-zadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR