Şriftin ölçüsü / 288 dəfə oxunub

Komitə sədri dövlət başçısından kömək istəyir - Müraciət

21 Aprel 2017 [17:42]
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətə səbəb vətəndaş Rzayev Ənvər Alırza oğlunun və onun ailə üzvlərinin vəzifəli şəxslər tərəfindən ölümlə hədələnməsidir.

Komitənin müraciətində yazılır ki, bir müddət əvvəl Rzayev Ənvər Alırza oğluna edilən haqsızlıqla bağlı dövlət başçısına ünvanlanmış müraciətdən dərhal sonra, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki Mətləb Qənbərovun və Hərbi Prokurorluqda yüksək vəzifədə çalışan İsmayıl Abbasovun adamları Ənvər Rzayevin və onun yaxın qohumlarının yaşadığı ünvanlara gələrək, onları təhqir edərək, şərəf və ləyaqətlərini aşağılayan qeyri-insani hərəkətlərə yol veriblər. Eyni zamanda Rzayev Ənvər Alırza oğlunu ölümlə hədələyiblər.

Komitənin müraciətində həmin şəxslərin polis zabiti Məmmədov Cahid Saday oğlu, Abbasov Loğman Əli oğlu, Abbasov Mübariz Elman oğlu və Rzayev Ənvərin tanımadığı digərləri olduğu bildirilir:

"Cənab Prezident! Sizdən xahiş edirik ki, vətəndaş Rzayev Ənvər Alırza oğlunun və onun yaxınlarının təhlükəsizliyinin qorunması və yuxarıda adları keçən şəxslərin barəsində ciddi ölçü götürülməsi üçün müvafiq qurumlara göstəriş verəsiniz”.



SON XƏBƏRLƏR
17:14 21.04.2017
Qara zanbaq – An-12