Əli Kərimli 4 saat Baş Prokurorluqda dindirildi - Səbəb + Açıqlama

img

21-04-2017 [16:09]


Aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Bakı vaxtrı ilə saat 10.30-dan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

 O prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib.

AXCP sədri saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirlıib.

O dindirilmədən öncə jurnalistlərə bildirib ki, bu işin AXCP-yə aidiyyatı yoxdur: 

"Biz bu prosesdə əslində zərərçəkmişik. Çünki bizim təşkilatımızın adından müəyyən saxta sənədlər veriblər. İnternetdə bu saxta sənədləri verənlər barədə çox yazılıb. İstəsələr bizim iştirakımız olmadan da saxta sənədləri verənləri tapa bilərlər. O saxta sənədləri verənlər bizim reputasiyamıza zərbə də vurub. İndi isə bizim başımızı qatmaq istəyirlər. İstəyirlər ki, süni şəkildə bizim adımız bu prosesdə ən azı hallansın. Bu AXCP-yə qarşı növbəti bir mərhələdir”.

Kərimli AXCP adından saxta sənədlər verən şəbəkə ilə bağlı sualın cavabında deyib ki, mən də internetdən oxumuşam ki, belə bir qrup var: "Onlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, əziyyət çəkib sənədləri əslinə belə heç oxşatmayıblar. Nə ekspert olmağa, nə xüsusi bir təhsliə ehtiyac var. İstənilən bir adam, adam kimi adam, oturub o sənədlərə baxsa, görəcək ki, bu saxta sənəddir”.

O istintaqın AXCP-ni zərərçəkmiş kimi tanıması üçün müraciət edəcəyini bildirib. Ə. Kərimlinin saxta sənədlərlə xarici ölkələrdə nə qədər adamın siyasi sığnacaq alması barədə məlumatı yoxdur: "Bizə hansı xarici ölkənin diplomatik idarəsindən, miqrasiya idarəsindən müraciət olunubsa, saxta olanları təsdiq etməmişik. Həqiqətən AXCP üzvü olanlar isə təsdiq olunub”.

O, AXCP üzvlüyünə son zamanlar qəbul olunanlardan üzr istəyib və deyib: "Biz son iki ildə ümumiyyətlə üzvlük vəsiqəsi vermirik”. (Amerikanın səsi)

***

AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxıb və binanın qarşısında jurnalistlərə açıqlama verib.

Binanın qarşısında AXCP liderini çoxlu sayda tərəfdarları gözləyib. Ə.Kərimli təxminən 4 saat idarədə olub, şahid qismində dindirilib.

Ə.Kərimli jurnalistlərə bildirib ki, AXCP adından kimlərəsə saxta sənədlərin verildiyi əslində partiyanın funksionerləri tərəfindən ifşa edilib və sosial şəbəkələrdə ictimailəşdirilib. AXCP bu məsələdə əslində zərərçəkəndir və prokurorluğun istəyi olsa, saxtakarlıq edənləri partiya rəhbərliyini dindirmədən də tapa bilər.

Özünün prokurorluğa ölkədəki iri korrupsiya faktlrı ilə bağlı dəfələrlə müraciət etdiyini yada salan Ə.Kərimli bildirib ki, onun bu müraciətlərini araşdırmayıb, əvəzində onu və partiya funksionerlərini dindirməyə çağırmaq, hakimiyyət mediasının bundan qara piar üçün istifadə etməsi AXCP-yə təzyiqdən başqa bir şey deyil.

 AXCP sədri hesab edir ki, bütün bunlar Milli Şuranın 8 aprel mitinqinə hakimiyyətin özünəməxsus cavabıdır. Ə.Kərimli heç bir təzyiq qarşısında mübarizədən çəkilməyəcəklərini bəyan edib.

azadliq.info


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR