"Banklar vətəndaşa güzəşt etməlidir" - Deputatdan kredit açıqlaması

img

21-04-2017 [14:59]


"Zamanında banklar vətəndaşlardan bəhrələndikləri kimi, bu gün onlara hansısa bir formada dəyən ziyanı qarşılamağa hazır olmalıdırlar”.

Mia.az xəbər verir ki, bu fikirləri unikal.org-a açıqlamsında, deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

Millət vəkilinin sözlərinə görə, bu məsləni dövlətin üzərinə qoyub müəyyən bir qrup kredit borcu olan insaları problemdən uzaqlaşdırmaqla yanaşı iqtisadiyyatımıza da zərər vurmuş oluruq: "Dəfələrlə Milli Məclisin iclaslarında bununla bağlı fikirlər səslənib. Hesab edirəm ki, vətəndaşla bank bir-birlərini anlamaq üçün addım atmalıdır. Banklar vaxtilə bu kreditlərdən bəhrələnib. Əlbəttə, bu onların haqqı idi. Zamanında banklar vətəndaşlardan bəhrələndikləri kimi, bu gün onlara hansısa bir formada dəyən ziyanı qarşılamağa hazır olmalıdırlar. Banklar da sahibkarlığın başqa bir formasıdır. Dövlət tərəfindən sahibkarlığa, bankların özünə böytük dəstək var. Əmanətlərin sığorta hissəsinin dövlət tərəfindən ödənilməsi, sığortanın limit hissəsinin aradan götürülməsi istiqamətində dövlət addımlar atdı. Bank da vətəndaş üçün belə addım atmalıdır. Hər bir bank müştərisinin kimliyini, girovununun dəyərini, kreditin hansı məbləğdə olduğunu yaxşı bilir. Əgər vətəndaşın da ödəmə imkanı varsa, onu əsirgəməməlidir. Bunun hüquqi tərəfi ilə yanaşı mənəvi tərəfi də var. Banklar müddəti uzatmaqla, faizi aşağı salmaqla və ya başqa bir formada vətəndaşa güzəşt etməlidir. Biz bunu dövlətin üzərinə qoyub müəyyən bir qrup kredit borcu olan insaları problemdən uzaqlaşdırmaqla yanaşı iqtisadiyyatımıza da zərər vurmuş oluruq. Ona görə də bu problem vətəndaşlarla banklar arasında həll olunmalıdr”.


Digər xəbərlər
SON XƏBƏRLƏR